Görkem'e Yardım Edenler.
   
  Xoş Gəlmişsiniz
  Azeri Bulmacalar
 
BULMACALAR


-  A quş, hardan gəlirsən?
-  Qanlı qaya dibindən.
-  Qanın niyə qurumuş?
-  Allah belə buyurmuş.

Kilkək



-  Heyvandı heç səsi yox,
-  Üstündə pulları çox.

Qılab



-  Axşam yığılar,
-  Səhər dağılar.

Quyot



-  Ağ otun alasına,
-  Gün düşdü talasına,
-  Elə də quş olarmı,
-  Yem verməz balasına

Əktriyəç



-  Dağda-qayada gəzər,
-  Quyruğunda var zəhər.

Bərqə



-  Torpaq deyil, daş deyil,
-  Quru deyil, yaş deyil,
-  Buynuzu var, qoç deyil,
-  Qanadlıdır, quş deyil.

Kənəpək



-  Balaca quyu, -  İçində suyu, -  Ağcadan ağdı, -  Sarıdan sarı.

Atrumuy



-  Yumru mərmər daşı,
-  İçində bəylər aşı.
-  Bişirərsən aş olar,
-  Bişirməsən quş olar.

Atrumuy



-  Ağırlığın yer götürər,
-  Ruzusun Allah yetirər.

Əprök



-  Beş dərviş bir quyuya daş atar.

Zığa əv ralqamrab



-  Biz idik, bizlər idik,
-  Otuz iki qız idik.
-  Gah əzildik, üzüldük,
-  Bir taxçaya düzüldük.

Rəlşid



-  İki fanar,
-  Gündüz yanar.
-  Gecə sönər.

Zög



-  Ağzını aşağı elərəm dolar,
-  Yuxarı elərəm boşalar.

Qapap



-  Bağlaram-qaçar,
-  Açaram-durar.

Qıraç



-  Bədəni var, başı yox,
-  Qolları var, qılçası yox.
-  Qarnını yırt, qanı yox.

Kənyök



-  Çəkisi bircə misqal,
-  Qiyməti mincə dinar.

Tnaillirb



-  Ağdı donu, yoxdu canı,
-  Uzuncadır dırnaqları,
-  Yerə batır barmaqları.

Rıdaç



-  Bizdə bir kişi var,
-  Hər gələnə əl verir.

Nınıpaq iyətsəd



-  Gecə boşalar,
-  Gündüzlər dolar.

Küy irey



-  Minarə, ha minarə,
-  İçi tamam qan-qarə,
-  Təpəsi açıq olur,
-  Dibi də ki, lap qarə.

Acab



-  Az gedər, çox gedər,
-  Bircə qarış yol gedər.

Kişeb



-  Ayağı var, əli yox,
-  Ağızı var, dili yox.
-  Soyuqlarda gərəkdir,
-  Boğazı lap dirəkdir.

Abos



-  Bağlarda tappıldar,
-  Meşədə şaqqıldar.

Atlab



-  Bax Allahın işinə,
-  İplik taxıb dişinə,
-  Papaq qoyub başına.
-  Quyruğu suda
-  Başı quruda.

Apmal



-  Bizdə bir kişi var,
-  Ağzında iki dişi var.

Aşam



-  O nədir ki, gecə-gündüz yol gedir.

Taas



-  Xanımların əlindədi,
-  Cümlə-cahan içindədi,
-  Xanım özü də içindədi.

Ügzüg



-  Durub, durub əylənər,
-  Məni görüb bəylənər.
-  Adam kimi yeriyər,
-  Adam deyil, əylənər.

Əglök



-  Nə əli var, nə ayağı,
-  Nə başı var, nə qulağı,
-  Gah ağladar, gah güldürər.

Zös



-  Qabırğası var, qanı yox,
-  Nəfəsi var, canı yox.

Nomraq



-  Dərdi qəmdən,
-  Təni zərdən,
-  Əlin vursan,
-  Edər fəğan

Yen



-  O nədir ki, yetmiş iki dil bilir.

Zas



-  Əlimə allam, sallanar,
-  Yerə qoyaram, yığılar.

Ricnəz



-  Yarır torpağı qat-qat.
-  Əlli öküz, əlli at,
-  Ona çatmaz qüvvə də
-  Böyük iş görür kənddə.

Rotkart



-  Uzunca qız uzanar,
-  Özünə yem qazanar.

Abay



-  Fır-fır ötər,
-  Ağ-ağ tökər.

Namriyəd



-  Ağzı birdi, dili mindi,
-  Gah belə deyir, gah elə.

Mələq



-  Anada var, atada yox,
Nuxada var, Bakıda yox.

N



-  Bir quşum var nəhanı,
-  Gəzər cümlə-cahanı,
-  İstərəm kəsib yeyəm,
-  Nə əti var, nə qanı.

Ərayyət



-  O nədir ki, içində qışdır,
-  Çölündə bahar.

Ucuduyos



-  Suda gəzər canı yox,
-  Boğazlasan qanı yox.
-  Suya atsan o batmaz,
-  Quruda yatsa qalxmaz.

Qıyaq



-  Sulu yerdə kişnər.
-  Susuz yerdə qışlar.

İməg



-  Qaməti düz
-  İçi əyri
-  Kərpici daş,
-  Başında tac.
-  Səhər-axşam
-  Oxur bülbül.

Əranim



-  Əzilməz,
-  Üzülməz,
-  Süfrəyə
-  Düzülməz.

Şad



-  Meşədə kəsdilər başın
-  Şəhərə atdılar leşin.
-  Suya saldılar, batmadı
-  Oda atdılar yandı.

Atxat



-  Nə burda var, nə orda
-  Doludur Naxçıvanda,
-  Hər şeyi dadlandırır,
-  Halvanı bulandırır.

Zud



-  O necə ağacdır ki, gündə bir yarpaq salır.

Mivqət



-  O nədir ki, bədəni içəridə,
-  Başı eşikdə.

Xım



-  Şəhəri var, evi yox.
-  Meşəsi var, ağacı yox.
-  Dənizi var, suyu yox.

Ətirəx


 
  Bugün 20 ziyaretçi (27 klik) kişi burdaydı!  
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol